Hadisə
Rusiyada Azərbaycan vətəndaşı ermənini döyərək öldürdü
Rusiyanın Saxalin vilayətində Azərbaycan vətəndaşı mühakimə olunacaq.
“Report” xəbər verir ki, Anivski rayon prokuroru ona qarşı irəli sürülən "İnsan həyatı üçün təhlükəli olan sağlamlığa qəsdən ağır zərər yetirmə, ehtiyatsızlıqdan ölümə səbəb olma" maddəsi üzrə ittiham aktını təsdiq edib.
Hadisə ötən il avqustun 15-də Anivski rayonunun Novotroits kəndindəki evlərdən birinin qarşısında baş verib. Müttəhim öz tanışı ilə 51 yaşlı Ermənistan vətəndaşının müxtəlif nahiyələrinə azı 20 zərbə endirib. Nəticədə ağır kəllə-beyin travması alan şəxs hadisə yerində keçinib.
Müttəhim günahını tam etiraf edib. Cinayətin digər iştirakçısı istintaq orqanlarından gizlənib və hazırda axtarışdadır.
Cinayət işi mahiyyəti üzrə baxılması üçün Anivski rayon məhkəməsinə göndərilib.
-
Qarabağ 16:38
Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək
-
Sosial15:57
Azərbaycanda özünün xəbəri olmadan “şirkəti” olanlar: Vətəndaşı necə aldadırlar?
-
Dünya15:44
Bu ölkə ukraynalı diversantlara təlim keçir: Rusiya sərhədini yaracaqlar
-
Hadisə15:17
Ali Məhkəmənin hakimi intihar etdi - Şok səbəb
-
Rəsmi xronika14:54
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
-
Qarabağ 13:50
Polis Xankəndidə xüsusi əməliyyat keçirdi - Anbaan görüntülər
-
Qarabağ 13:05
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü - TƏCİLİ
-
Magazin111:53
“Mənə intim təkliflər edib, əmr verirlər” - Faiq Ağayev