Bakıda qadın yüksək dozada narkotik qəbulundan öldü
Bizi izləyin

Hadisə

Bakıda qadın yüksək dozada narkotik qəbulundan öldü

Bakıda qadın yüksək dozada narkotik qəbulundan öldü

Fevralın 6-da Pirallahı rayonunun S.Vurğun küçəsində yaşayan qəsəbə sakini İlya Lyax yaşadığı mənzildə ölü tapılıb.

Publika.az xəbər verir ki, Pirallahı rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə, meyitə baxış keçirilib və ərazidən maddi sübutlar götürülüb. Meyidin tibbi ekspertizasının cavablarına əsasən, üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Mənzilə baxış zamanı içərisində narkotik vasitəyə bənzər maddə olan 5 bağlama və 2 büküm də aşkar edilərək ekspertizaya təqdim edilib. Həmin bağlama və bükümlərdəki maddələrin çəkisi 1 kiloqram 116 qram heroin və 2 kiloqram 205 qram marixuana olması müəyyən edilib.

İ.Lyaxın yüksək dozada narkotik vasitənin qəbulunun təsirindən ölməsi ehtimal edilir.

Faktla bağlı cinayət işi başlanılıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm