Hadisə
Əliyevlə Putinin imzalarını saxtalaşdıran deputat köməkçisi SAXLANILDI - VİDEO
Rusiyanın Dağıstan Muxtar Respublikasınln nazirliklərində vəzifələr “satan” Dərbənd şəhərinin 32 yaşlı sakini Beytulla Cavadov polis əməkdaşları tərəfindən saxlanılıb.
Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, onun cinayət əməlindən zərər çəkən 10-a qədər şəxsin adı məlumdur.
Fırıldaqçı göstərdiyi “xidmət” qarşılığında ən azı 15 milyon rubl əldə edib. Məlumata görə, o, Dağıstan Xalq Məclisinin deputatı Leyla Kərimovanın köməkçisi olmasından sonra məmur vəzifələrinin satışı ilə məşğul olmağa başlayıb. O, insanları öz imkanlarına inandırmaq üçün həmin şəxslərə respublikanın birinci adamları ilə fotolarını, Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevin imzası ilə guya ona verilmiş saxta fəxri fərmanları göstərirmiş.
Dələduz təhsil nazirinin müavini vəzifəsi üçün 4 milyon, rayonun başçısı olmaq üçün 2-3 milyon rubl tələb edirdi. Baş nazir olmaq isə 5 milyon rublla mümkün imiş.
Bundan başqa, Cavadov dövlət proqramı üzrə ev alınmasında kömək edəcəyinə söz verib. Uşaqlı ailə mənzilin alınması prosesini sürətləndirmək üçün ona 300 min rubl verib.
Cavadov fevralın 11-də saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları Cavadovun hərəkətlərindən zərər çəkənlərdən polisə müraciət etmələrini xahiş edib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi











.jpg)
























.jpg)
.jpg)
