Hacıqabulda yol qəzası: xəsarət alanlar var
Bizi izləyin

Hadisə

Hacıqabulda yol qəzası: xəsarət alanlar var

Hacıqabul rayonunda xəsarətlə nəticələnən yol qəzası olub.

Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun giriş hissəsindəki körpü yaxınlığında qeydə alınıb.

Qəza zamanı Hacıqabul rayon sakini, 1979-cu il təvəllüdlü İbrahimli Qadir Şahbaz oğlu və digər bir nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm