Hadisə
Azərbaycanlı səfirin saatı oğurlandı
Belarus Respublikasının Minsk Milli Aeroportunda Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədovun saatı oğurlanıb.
Publika.az “Report”a istinadən xəbər verir ki, bu barədə məlumatı Belarus Respublikasının Daxili İşlər Nazirliyi yayıb. Qeyd olunub ki, hadisə martın 17-si axşam saatlarında baş verib.
Belə ki, Azərbaycanın Qazaxıstandakı səfiri biznes-zalda olarkən saatını unudub:
"Bunu görən 37 yaşlı Ukrayna vətəndaşı saatı götürüb. Saatın itməsi barədə ərizə daxil olduqdan sonra Cinayət-Axtarış Şöbəsinin əməkdaşları bir neçə saat ərzində şübhəli şəxsin kimliyini müəyyənləşdirib və oğurlanmış saatı geri qaytarıb. Faktla bağlı Belarus Respublikasının CM-nin 205-ci maddəsinin 1-ci bəndi üzrə (oğurluq) cinayət işi qaldırılıb".
Hadisədən sonra Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov bu ölkənin daxili işlər naziri İqor Şuneviçə təşəkkür məktubu göndərib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi










.jpg)

























.jpg)
.jpg)
