Hadisə
Bakıda 29 nəfərin xəsarət aldığı avtobus qəzasına görə hər iki sürücü həbs edildi
Bakıda marşrut avtobusunun "Man" markalı yük avtomobili ilə toqquşması ilə bağlı şübhəli şəxs qismində saxlanılan hər iki sürücü həbs olunub.
Publika.az-a Bakı Şəhər Prokurorluğundan verilən məlumata görə, aprelin 27-də Xəzər rayonu ərazisində “Man” markalı 90-JK-826 dövlət nömrə nişanlı yük avtomobili ilə 171 saylı xətt marşrutu üzrə hərəkət edən “Daevoo” markalı 10-TG-909 dövlət nömrə nişanlı sərnişin avtobusu toqquşmasında şübhəli bilinən sürücülər - 1988-ci il təvəllüdlü Rauf Dadaşov və 1969-cu il təvəllüdlü Hüseyn Məmmədova Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunub.
Xəzər rayon Məhkəməsinin qərarı ilə həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, aprelin 27-də Bakının Xəzər rayonu ərazisində Mərdəkan-Bakı avtomobil yolunda “Man” markalı 90-JK-826 dövlət nömrə nişanlı yük avtomobili həmin istiqamətdə hərəkət edən “Daevoo” markalı 10-TG-909 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə toqquşub.
Hadisə nəticəsində avtobusda olan 29 nəfər şəxs xəsarətlə xəstəxanaya gətirilib, onlardan 22-nə ilkin tibbi yardım göstərilərək evə buraxılıb, digərlərinin isə müalicələri davam etdirilir.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
-
Qoroskop01:40Günün ulduz falı: Yeni qazanc qapısı görünəcək
-
İdman6 Mart 23:15Bekhem Ağ Evə buna görə getməyib: Onu Trampdan üstün tutub
-
Nida Xəbər 6 Mart 22:02SEPAH-ın Bakıda qanlı terror planı: Şəhərin bu ərazilərində... - Video
-
İdman6 Mart 20:46Ağ Ev Trampla Messinin elə bir fotosunu paylaşdı ki…
-
İnanc6 Mart 20:00Ramazanın 17-ci gününün duası - İftar və imsak vaxtları
-
Magazin16 Mart 18:40Azərbaycanı "Avroviziya 2026"da kimin təmsil edəcəyi bilindi
-
Ekologiya6 Mart 18:30Martın 7-dən 9-dək... - Əhaliyə xəbərdarlıq
-
Nida Xəbər 6 Mart 18:15İran-Azərbaycan sərhədində yük avtomobillərinin buraxılışına başlanıldı











.jpg)
























