Qusarda böyük təhlükə: palçıq axını... - FOTO
Bizi izləyin

Hadisə

Qusarda böyük təhlükə: palçıq axını... - FOTO

İyunun 4-də şimal bölgəsinin dağlıq ərazilərində yağan güclü dolu Qusar rayonunun Ləzə kəndində fəsadlar törədib.

Publika.az Azərtac-a istinadən xəbər verir ki, doludan sonra yaranan palçıq axını kəndin yollarına və təsərrüfata ziyan vurub.

Lavanı xatırladan palçıq kütləsi kartof sahələrini yararsız hala salıb. Hadisə ilə əlaqədar Qusar rayon fövqəladə hallar komissiyası məlumatlandırılıb. Yollarda palçığın təmizlənməsi üçün əraziyə müvafiq texnika cəlb olunub.

“Şəlalələr diyarı” adlandırılan Ləzə kəndi Azərbaycanda xarici turistlərin ən çox səyahət etdikləri turizm məkanlarındandır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm