Hadisə
SON DƏQİQƏ: Azərbaycanda yaşayış binasında DƏHŞƏTLİ YANĞIN - 15 nəfər... - FOTO - (YENİLƏNDİ)
Fövqəladə Hallar Nazirli baş vermiş yanğınla bağlı geniş məlumat yayıb.
Publika.az-a daxil olan məlumata görə, noyabrın 15-də saat 01:34 dəqiqədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 16 ünvanında yerləşən 29/42 saylı 17 mərtəbəli mansard tipli yaşayış binasının dam örtüyündə yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Görülmüş operativ tədbirlər nəticəsində yanğının daha geniş əraziyə yayılmasının və baş verə biləcək ciddi fəsadların qarşısı alınıb.
Yanğın zamanı 77 nəfər bina sakini yanğınsöndürənlər və xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Tüstüdən zəhərlənmiş 15 nəfərə Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadası tərəfindən ilkin tibbi yardım göstərilib.
Yanğın saat 03:15 dəqiqədə yanğınsöndürmə qüvvələri tərəfindən söndürülüb. Yanğın tənicəsində binanın ümumi sahəsi 950 m² olan dam örtüyünün yanar konstruksiyaları 112 m² sahədə, mansardında hər birinin sahəsi 64 m² olan 2 mənzilin yanar konstruksiyaları və ev əşyaları ümumilikdə 90 m² sahədə, şaxta boyunca elektrik kabelləri 60 p.m. və 106 ədəd elektrik sayğacı yanıb.Binanın dam örtüyünün, mansardının qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.
***
Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 16 ünvanında çoxmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Publika.az bu barədə FHN-ə istinadən xəbər verir.
Qeyd edək ki, yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənib. Onlardan 4 nəfərə yerində ilkin tibbi yardım göstərilib, 6 nəfər Respublika Toksikologiya Mərkəzinə aparılıb.
Əlavə məlumat veriləcək.
***
03:40
Bakının Xətai rayonunda Neapol küçəsi 16 ünvanında çoxmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olub.
Publika.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə, daxil olan məlumata əsasən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğın saat 02:51 dəqiqədə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri tərəfindən məhdudlaşdırılıb (yanğının yayılma təhlükəsi yoxdur). Yanğın zamanı bina sakinləri təhlükəsiz əraziyə təxliyə olunub.
İlkin məlumata əsasən, yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənib. Onlardan 4 nəfərə yerində ilkin tibbi yardım göstərilib, 6 nəfər Respublika Toksikologiya Mərkəzinə aparılıb.
-
Magazin120:24Tatlıses Günelə mirasından pay verib?
-
Sosial19:48Qalib Salahzadənin dəniz kənarındakı obyektləri sökülür
-
Elm və təhsil19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...
-
ABŞ12:361983-cü ildən bəri ABŞ-da belə şey olmayıb: Klintonlar razılaşdılar












.png)





.jpg)




.jpg)

.jpg)











