Hadisə
Nərminin qətlində adı hallanan şəxs GÖRÜN NƏLƏR DEDİ
Mənim Nərmini qətlə yetirməyimlə bağlı yayılan məlumatların hamısı əsassızdır.
Publika.az xəbər verir ki, bu sözləri Axar.az-a Nərmin Quliyevanın qətli ilə bağlı yayılan səs yazısında Nərminin qatili olduğu iddia edilən Altay Ələkbərov deyib. O bildirib ki, haqqında qeyd edilən iddiaların hamısı İlkin Süleymanovun yaxınları tərəfindən ortaya atılıb:
“Səhər bu məsələyə görə şəxsən özüm prokurorluğa gedib ərizə yazdım ki, mənə şər atılır. Bu şəri də mənə İlkin Süleymanovun yaxınları atır. Mənim bu günə qədər Tovuzda heç kimlə problemim olmayıb. Gah dedilər guya əxlaqsız hərəkətlərim olub, gah da dedilər ki, Nərminin atası Şərif Quliyevi heyvan oğurluğuna görə polisə şikayət etmişəm. Bunların hamısı yalandır. Mənim bu günə qədər polisə düşəcək bir işim də olmayıb. Sadəcə Nərminin meyiti yanan zaman hadisənin şahidi olmuşdum. Buna görə hüquq-mühafizə orqanlarına şahid kimi ifadəmi vermişdim. Mənim hadisə barədə ifadə verməyimi İlkinin qardaşı Bəhruz Süleymanov da gördü. Elə bildilər ki, mən İlkinə şər atmışam. Bu hadisədən sonra mənim haqqımda belə yalan məlumatlar yayıldı. 38 yaşım var, heç kimlə problemim olmayıb. Nərminin ailəsi ilə qonşu kimi münasibətim yaxşı olub, heç bir ədavətimiz də olmayıb. Xahiş edirəm, mənim haqqımda yayılan bu məlumatlara inanmayın”.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Qeyd edək ki, bu gün mətbuatda Nərmin Quliyevanın qətli ilə bağlı səs yazısı yayılıb. Səs yazısında Nərminin əsl qatilinin İlkin Süleymanov yox, Altay Ələkbərov adlı şəxs olması iddia edilib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi











.jpg)
























.jpg)
.jpg)
