Hadisə
SON DƏQİQƏ: azərbaycanlı məşhur VƏFAT ETDİ - FOTO
Animasiya rəssamı, Əməkdar Mədəniyyət işçisi Rauf Dadaşov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
Rauf Dadaşov 4 noyabr 1944-cü ildə anadan olub. O, Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. 1975-ci ildə Moskvada rəssam-miltiplikator ixtisası üzrə kurs bitirib.

O, 1970-ci ildən "Azərbaycanfilm”də, 1990-cı ildən isə "Azanfilm” studiyasında rejissor-rəssam-animasiyaçı işləyib. Rauf Dadaşov Ağanağı Axundovun ("Mənim cücələrim”), Firəngiz Qurbanovanın ("Anam ağaca çıxıb”), Elçin Axundovun ("Cavanşir”), Əsgər Məmmədovun ("Lovğa fil balası”), Arif Məhərrəmovun ("Yatmaq vaxtıdır”), Rafiz İsmayılovun ("Yer üzü”), Vahid Talıbovun ("Lağım”), Bəhmən Əliyevin ("Cırtdan-pəhləvan”), Hafiz Əkbərovun ("Sehrli çıraq”), Məsud Pənahinin ("Xoruz”) filmlərinin animatoru olub.
2006-ci ildə Rauf Dadaşov "Qarğa balası və özgə yuvası” filminə görə Azərbaycan Kinematoqrafçılar İttifaqının "Ən yaxşı multiplikasiya filmi” nominasiyasında "Qızıl Çıraq” mükafatının laureatı olub.
Rauf Dadaşov 2008-ci ildə Əməkdar mədəniyyət xadimi adına layiq görülüb. Elə həmin il Sara Nəzirovanın ssenarisi əsasında "Siçan və pişik” filmini çəkib.
Allah rəhmət eləsin.
-
Dünya10:35Paşinyan xalqa Azərbaycanla bağlı çağırış etdi
-
MDB09:54Rusiya Kiyevi də, Odessanı da tuta bilər - Amerikalı polkovnik
-
Dünya09:18Məşhur uşaq qidasında siçan zəhəri tapıldı: Azərbaycanda da satılır - FOTO
-
Rəsmi xronika09:02İlham Əliyev sessiya iştirakçılarına müraciət etdi
-
İdman08:24Ronaldonun 969-cu qolu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Proqnoz
-
ABŞ05:45ABŞ-da təyyarə evə çırpıldı - Ölən var
-
Magazin105:15Müğənni Pünhan nişanlandı - FOTO









.jpg)










.webp)

















