Nəqliyyat
Bakıda daha 30 metro stansiyası yaradılacaq - Detallar
Cəlil Məmmədquluzadə küçəsində tikintisi yekunlaşmaq üzrə olan yeni metro stansiyasının yaxın vaxtlarda istifadəyə verilməsi gözlənilir. Ümumilikdə isə dövlət proqramına əsasən, paytaxtda 2030-cu ilədək 10 yeni stansiyanın inşası planlaşdırılır. Bu rəqəmin 30-a qədər çatacağı gözlənilir.
Publika.az xəbər verir ki, by barədə Globalinfo.az-a nəqliyyat eksperti Elməddin Muradlı danışıb. O bildirib ki, Bakıda nəqliyyat sıxlığının azaldılması üçün ən effektiv addımlardan biri metro infrastrukturunun genişləndirilməsidir.
Onun sözlərinə görə, əsas məqsəd insanları şəxsi avtomobillərdən uzaqlaşdıraraq ictimai nəqliyyata yönəltməkdir:
“İctimai nəqliyyatın əsas növləri metro və avtobusdur, gələcəkdə tramvay xətlərinin də istifadəsi nəzərdə tutulur. İnsanlar nə qədər çox ictimai nəqliyyatdan istifadə etsələr, şəhərdə nəqliyyat yükü bir o qədər azalacaq. Lakin bunun üçün ictimai nəqliyyat əlçatan və cəlbedici olmalıdır. Metro stansiyalarının tikintisi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, bu istiqamətdə işlərin sürətləndirilməsi faydalı olar”.
Ekspert əlavə edib ki, 2030-2040-cı illər metro şəbəkəsinin inkişafı mərhələli şəkildə həyata keçiriləcək:
“Proqram üç mərhələdə icra olunacaq və nəticədə metro stansiyalarının sayının 50-dən çox olması planlaşdırılır. Bu isə Bakının təxminən 70-80 faizinin metro şəbəkəsi ilə əhatə olunmasına imkan verə bilər. Əgər paralel olaraq digər nəqliyyat layihələri də reallaşdırılsa, 70 stansiyadan ibarət metro sistemi paytaxt üçün mükəmməldir”.
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı















.png)

.jpg)



.jpg)
















