Hadisə
“EuroHome”dakı yanğının TƏFƏRRÜATLARI - RƏSMİ- VİDEO/FOTO - (YENİLƏNDİ)
11 may 2020-ci il tarixində saat 22:51-də Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, zəng daxil olandan 6 dəqiqə sonra - saat 22:57-də Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə çatıb. Yanğın saat 00:30-da məhdudlaşdırılıb, 01:30-da isə tam söndürülüb. Ümumi sahəsi, təqribən, 22500 kv.m.-ə yaxın olan bazarın 3300 kv.m. hissəsi yanıb, bazarın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğının mürəkkəbliyinə, ərazidə xeyli miqdarda asan alışan və yüksək yanğın risk qrupuna aid mal-materialların yığılmasına baxmayaraq, yanğınsöndürmə qüvvələrinin hadisəyə operativ müdaxiləsi və yanğınsöndürənlərin fərdi şücaəti sayəsində yanğının daha geniş əraziyə yayılması və daha böyük fəsadların qarşısı alınaraq qısa müddətdə məhdudlaşdırılıb söndürülməsi təmin edilib.
Yanğınsöndürmə işləri ilə yanaşı, bazarda olan mal-materialların yanğından mühafizəsi məqsədilə FHN qüvvələri tərəfindən yanğın zonasından kənarlaşdırılması təmin edilib.
Qeyd edək ki, yanğınla əlaqədar əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin ümumilikdə 406 nəfər canlı qüvvəsi və 54 ədəd texnikası cəlb olunub.
Yanğının başvermə səbəbi araşdırılır.
xxx
00:59
Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında baş verən yanğın söndürülüb.
Publika.az xəbər verir ki, Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov da yanğının baş verdiyi əraziyə gəlib.
Nazirə hadisə və söndürmə işləri ilə bağlı məlumat verilib.
Əlavə məlumat veriləcək.
***
Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev yanğının baş verdiyi əraziyə gəlib.
***
Bakının Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın başlayıb.
Bu barədə Publika.az-a FHN-dən məlumat verilib. Bildirilib ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Xatırladaq ki, sözügedən bazarda 2019-cu ilin dekabrın 10-da da yanğın baş vermişdi. Həmin vaxt 5 hektar ərazisi olan bazarın 2 hektarı yanmışdı.
-
Hadisə06:16Qəbələdə döyülən “Çevik”in vəkilindən açıqlama
-
Dünya05:15Silah-sursat satın alınacaqdı, 70 milyon avro yoxa çıxdı - Nazir istefa verdi
-
ABŞ02:19ABŞ-ın daxili təhlükəsizlik nazirini daşıyan təyyarə məcburi eniş etdi - Mühərrik sıradan çıxıb
-
Qoroskop01:20Günün ulduz falı: Bəzi qərarları yenidən dəyərləndirməli olacaqsız
-
Region2 Sentyabr 23:35Qara dənizdə şübhəli cisimlər aşkarlandı - Türkiyə ordusu məhv etdi
-
Art2 Sentyabr 21:51Azərbaycanın məşhur diktoru 103 yaşında vəfat etdi
-
Hadisə2 Sentyabr 18:50Goranboyda son vəziyyət: operativ iclasda nə qərar verildi?
-
Dünya2 Sentyabr 17:02İsrail İrandan hücum gözləyir: Təyyarələr hazır vəziyyətdədir











.jpg)
























.jpg)