Hadisə
Bakıda 50 nəfər tutuldu: bu səbəbə görə... - FOTOLAR
Dünən saat 19 radələrində paytaxtın Səbail rayonu ərazisindəki “Fəvvarələr meydanı”nda xüsusi karantin rejimi qaydalarına zidd olaraq, “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar qısamüddətli fləşmob keçirilməsinə cəhd edilib.
Publika.az xəbər verir ki, bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsi məlumat yayıb.
Əhalinin sıx olduğu ictimai yerdə sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan bu cəhdin qarşısı Bakı Şəhər Baş Polis İdarəsinin və Bakı şəhər İcra Hakimiyyətinin aidiyyəti əməkdaşları tərəfindən alınıb, tamaşaçı qismində oraya toplaşmış insanlar ərazidən uzaqlaşdırılıb və əhalinin sərbəst hərəkəti təmin olunub.
Aparılan müvafiq araşdırmalardan sonra qısamüddətli tədbirin təşkilatçısı Əkbər Rəhmanov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, oraya toplaşmaqla xüsusi karantin rejiminin tələblərini pozan 50 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən müvafiq tədbirlər görülüb.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular









.jpg)
























.jpg)

.jpg)
