Hadisə
Teymur Mustafayevin dəfnində karantini pozanlar cərimələndi
Xalq artisti, Prezident təqaüdçüsü Teymur Mustafayevin dəfnində iştirak edən bəzi şəxslər xüsusi karantin rejimi qaydalarını pozduğu üçün cərimələnib.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev məlumat verib.
"Dəfn mərasimində təqribən 30 nəfər şəxs iştirak edib. Onlardan əksəriyyəti mərhumun yaxın qohumları və doğmaları olub. Həmin şəxslərdən isə 7 nəfərinin karantin qaydalarını pozduqları müəyyən edilib və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar", - məlumatda bildirilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır.
Qeyd edək ki, Teymur Ağaxan oğlu Mustafayev iyunun 11-də 82 yaşında koronavirusdan vəfat edib.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi






.jpg)
.jpg)



.png)
























