Hadisə
Bakının mərkəzində çəkilmiş görüntülərlə bağlı RƏSMİ AÇIQLAMA - Həmin şəxslər...
Sosial şəbəkələrdə “Bakı bu axşam” başlığı altında yayılan videogörüntülər tam və hərtərəfli araşdırılıb.
Bakı şəhər BPİ Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, iyulun 31-də gecə saatlarında Nəsimi rayonu, Neftçilər prospektində onlayn fəaliyyət göstərən bir neçə kafe, restoranın inzibatçı və müştərilərinin karantin rejim qaydalarını pozmaları müşayiət olunub:
"Oradan alış-veriş etmiş bir qrup şəxs həmin kafe və restoranların qarşısında yerləşən parkda sosial məsafəni gözləmədən, 5 nəfərdən artıq qrup halında toplanaraq mövcud karantin rejimi ilə əlaqədar tətbiq edilən qaydaları pozaraq, əyləniblər.
Yayılan görüntülərdə İnzibati Xətalar Məcəlləsinin epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması hallarının tərkib əlamətləri olduğuna görə, Nəsimi RPİ tərəfindən həmin inzibati xətaları törədən hüquqi və fiziki şəxslər müəyyən olunaraq, inzibati məsuliyyətə cəlb olunublar.
Qeyd olunanları nəzərə alaraq, paytaxt sakinlərindən tələb edirik ki, mövcud karantin rejimi ilə əlaqədar tətbiq edilən qaydalara əməl etsinlər", - deyə bildirilir.
-
MDB09:53Ermənistan rusların ən çox səfər etdiyi ölkə imiş - Siyahı
-
Qarabağ 09:35Hərbi Memorial Məzarlığa ziyarət başlayıb
-
MDB09:19Peskov: "Yaxşı ki, cənab Zelenski əzəli rus dilini unutmayıb"
-
MDB08:12Bu adlar uşaqlara verilə bilməz - Rusiyada YENİ QADAĞA
-
Ekologiya07:17Bakıda 29 dərəcə isti olacaq - Proqnoz
-
Magazin206:16Coninin daha bir konserti təxirə salındı - FOTO
-
ABŞ05:15ABŞ bu ölkə ilə anlaşdı - Nağd dollar göndəriləcək
-
Avropa03:43Madyara bu dəfə yumurta atdılar - Hücum edən şəxs nəyə görə peşmandır?



































.jpg)
