Hadisə
DTX-nin həbs etdiyi şəxslə bağlı ŞOK FAKTLAR ÜZƏ ÇIXDI: zirehli maşınlar, gülləkeçirməz pəncərələri olan ...
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən qandallanan “Baku Stell Company” rəhbəri Rasim Məmmədov son illərdə öldürüləcəyindən qorxurmuş. Buna görə də həyata zirehli şüşələr arxasından baxmağa vərdiş edibmiş. Yayılan və redaksiyamıza daxil olan məlumatlardan belə aydın olur ki, reyder hücumlarla məşğul olan dəstəbaşı Bakıda zirehli maşında gəzib, zirehli pəncərələri olan villada yaşayırmış.
İş yerinə belə gizlin gedib gəlməyə, kimsə ilə görüşməməyə çalışırmış.
Avtosfer.az yazıb ki, bahalı avtomobillərdən ibarət kolleksiyası olan Rasim Məmmədov Almaniyadan qiyməti 1 milyon 200 min dollar olan “Mersedes G63 AMC İNCAS” maşını gətizdirib. Bu maşının özəlliyi onun zirehli avtomobillər kateqoriyasına aid olmasındadır. Baku Steel Company MMC-nin Müşahidə Şurasının sədri avtomobilinə Az 10 AH 784 dövlət qeydiyyat nişanını sifariş edib. Bu nömrə Məmmədov üçün xüsusi məna kəsb edir. Belə ki, dəstəbaşının bahalı avtomobillər kolleksiyasında olan maşınların hamısının nömrəsi 784-lə bitir. AA 784, AZ 784, AH 784, YY 784, PP 784 Rasim Məmmədovun bahalı maşın koleksiyasındakı avtomobillərdə quraşdırılan dövlət nömrə nişanlarıdır. Rasim Məmmədovun içində gizlənib Bakı küçələrini gəzdiyi zirehli maşının salonu xüsusi işlənmiş dəridəndir.
Salonda Apple TV-yə çıxışı olan televizor, nəqliyyat vasitəsində olan sistemlərin səslə idarə olunmasını təmin edən Apple Siri proqramı, müxtəlif içkilərin saxlanması üçün bar və soyuducu, xüsusi hazırlanmış Captain tipli 2 oturacaq quraşdırılıb. Oturacaqlarda ayrıca masaj funksiyası var və tamamilə yeni idarəetmə sistemi ilə təchiz ediliblər. Oturacaqdakı sensorlu pult üzərindən radio, telefon, televizor, işıqlandırma, təhlükəsizlik və təbii ki, oturacağın yataq yerinə çevrilməsi üçün xüsusi düymə var. Avtomobilin iç tərəfi iki hissəyə bölünüb. Sürücü ilə salonda olanları xüsusi zirehli arakəsmə ayırır. Salonun əsas hissəsinin tavanı günəş işığını imitasiya edən işıqlandırma sistemi ilə təchiz olunub. İstehsalçı bəyan edir ki, bu, sərnişinlərin yorğunluğunu azaltmağa, ümumi əhval-ruhiyyəsini qaldırmağa kömək edən yeni hallardan biridir. Avtomobil çox yüksək keyfiyyətli akustika sistemi ilə də təchiz edilib. Ümumilikdə salonda müxtəlif diapazonlu 25 səsgücləndirici var.
İstehsalçı nəqliyyat vasitəsinin komfort və dəbdəbə sevənlərin menyusuna uyğun gəldiyini, bununla yanaşı yüksək səviyyəli müdafiə və təhlükəsizlik standartlarına cavab verdiyini də bəyan edir. Ballistik şüşələrlə, infraqırmızı və bədən istiliyinə reaksiya verən kameraların yaddaşı xüsusi müdafiə olunan serverə yüklənir.
Rasim Məmmədovun Baku Steel Company MMC-nin Müşahidə Şurasının sədri ikən ətrafına dəstə yığmaqla yanaşı zirehli maşına həvəs göstərməsi əbəs deyil. İllərlə başının dəstəsi ilə metallurgiya sahəsində biznesi olan iş adamlarına, sex sahiblərinə qarşı reyder hücumlar edib, hücumların bir çoxunda birbaşa özü başçı olub.
İllərlə qurduqları biznesləri gözlərinin önündə reyder hücumu ilə dağıdılan iş adamları Rasim Məmmədovun və başının dəstəsinin qudurğanlıqlarına seyrçi kimi qalmaqdan başqa çarələri olmayıb. Hamisinin kimliyini bilən sahibkarlar Rasim Məmmədova toxunmasalar da, gözlərdəki qəzəb və kini də gizlədə bilməyiblər. Özünə arxayın olmayan R.Məmmədov etdiklərinə görə bir gün cavab verməli olacağını, başının dərdə qarışacağını özü üçün təxmin edib. Əks halda Bakının mərkəzində zirehli maşınla gəzmək onun nəyinə gərək olub?
Bu hələ harasıdır?
Öyrənmişik ki, Rasim Məmmədov Bakıda zirehli maşında gəzməklə yanaşı həbsinə qədər zirehli pəncərələri olan villada yaşayıb. Onun köhnə “Şüşəli bazar”ın yaxınlığındakı villasının Bakıdakı Ərəbistan səfirliyinin qonşuluğunda yerləşdiyi deyilir.
İddia etmirik ki, Ərəb şeyxlərinə xas dəbdəbəyə meyllilik Rasim Məmmədova qonşularından keçib. Sadəcə adamın reketliklə cibinə axan haram pullar onu bu cür həyata doğru itələyib.
Belə məlumat var ki, Rasim Məmmədov villanın təkcə zirehli pəncərələrinə 3 milyon avroya yaxın pul xərcləyib. İtaliya istehsalı olan pəncərələrin quraşdırılması da ona ucuz başa gəlməyib. Belə pəncərələrin quraşdırılması üçün hər kvadrat metrə görə 250-350 manat pul hesablanır. Rasim Məmmədovun 3 mərtəbəli villasında isə pəncərə bir deyil, iki deyil...
Rasim Məmmədovun bu villanın ərazisini də haramçılıqla genişləndirdiyi iddiası var. Villanı alqı-satqısından xəbərdar olan mənbə deyib ki, həmin vaxt qonşuluqda daha bir həyət satılırmış. Sahibinin həyətə qoyduğu qiymət Rasim Məmmədovun xoşuna gəlməyib. Buna görə də onunla mübahisə edib. Rasim Məmmədov villaya köçəndən sonra həyət sahibinin qara günləri başlayıb. Ona göstərilən təzyiqlərə tab gətirməsi Rasim Məmmədovu özündən çıxarıb. Günlərin birində isə Rasim Məmmədov başının dəstəsi ilə qonşunun hasarını uçurub. Vəziyyətin kritikləşdiyini görən həyət sahibi sonra Rasim Məmmədova güzəştə getməli olub.
Hazırda Rasim Məmmədovla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində istintaq davam edir. Həyət sahibinin başına gələnlərlə bağlı istintaqa müraciət edib-etmədiyi haqda məlumatsızıq. Sosial mediadan bəlli olan odur ki, vaxtilə bizneslərini dağıtdığı xeyli sahibkar DTX-ya şikayətlər edib.
Başlanmış cinayət işi üzrə Rasim Məmmədov 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talaması, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsi, bu əməlləri ilə “Baku Steel Company” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurması ilə bağlı əsaslı şübhələr var.
Rasim Məmmədov Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Məhkəmə qərarına görə qarşıdakı 4 ayı istintaq təcridxanasında keçirəcək. (musavat.com)
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA