Ekologiya
Alimlərdən xəbərdarlıq: Bu yanğınlara iqlim dəyişikliyi səbəb olub
Tədqiqatçılar İndoneziyada baş verən son şiddətli meşə yanğınlarına iqlim dəyişmələrinin səbəb olduğunu bildirirlər.
Publika.az xəbər verir ki, bu barədə “World Weather Attribution” iqlim elmi sahəsində fəaliyyət göstərən beynəlxalq elmi-tədqiqat qrupunun hesabatında qeyd olunub. Hesabatda deyilir ki, İndoneziya, ABŞ və Avropanın 3 ölkəsindən olan alimlər insan fəaliyyətindən qaynaqlanan iqlim dəyişikliyinin yanğın mövsümündə İndoneziyada havanın temperaturunun 1,6 dərəcə Selsi artmasına səbəb olduğunu aşkar ediblər. İqlim dəyişmələrindən başqa, bu il baş verən El-Nino iqlim hadisəsi də İndoneziyada yağışları azaldıb və havanı olduqca quru edib.
Hesabatda yanğınların yaratdığı sağlamlıq riskləri və onların təbii mühitə təsiri ilə bağlı məsələlər qaldırılır. Güclü tüstü ciddi hava çirklənməsinə və yüz minlərlə insanda tənəffüs yolu infeksiyasına səbəb olub. Nəsli kəsilməkdə olan oranqutanların yaşayış yerləri də zərər görüb.
Tədqiqatçıların rəyinə görə, meşə yanğınlarını tətikləyən şərtləri getdikcə daha çox proqnozlaşdırmaq olur. Bu da risklərin azaldılması üçün qabaqlayıcı tədbirlərə fürsət yaradır.
Qeyd edək ki, bu il İndoneziyada baş verən meşə yanğınları son illərin ən ciddi ekoloji böhranlarından birinə çevrilib. Təxminən 2,88 milyon hektar ərazi yanğınlardan zərər görüb. Yanğınların tüstüsü Malayziya və Sinqapur da daxil olmaqla Cənub-Şərqi Asiya ölkələrinə təsir göstərib.
-
Hadisə12:50Deputatın düşdüyü qəzanın görüntüləri yayıldı - VİDEO
-
Hadisə12:08Sosial Xidmətlər Agentliyinin əməkdaşı qəfil vəfat etdi - FOTO
-
MDB11:51Rusiya paytaxtında həyəcanlı anlar: Bina gülləbaran edildi - VİDEO
-
Hadisə11:38Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu
-
Ekologiya10:28Azərbaycanda yağmursuz hava hökm sürür - FAKTİKİ HAVA
-
Hadisə09:28Füzulidə dəhşətli qəza 3 nəfərin ölümünə səbəb oldu
-
Dünya08:45Dünya 13 noyabrda məhv olmalı idi... - Alimlərin proqnozu niyə özünü doğrultmadı?
-
ABŞ07:55ABŞ-da təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edildi - Yeniləndi






















.png)











