Hadisə
"Topçu Vüsal" məzuniyyətə çıxdı - Doğma kəndinə gəldi - FOTO
Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları Vətən müharibəsi zamanı Topçu Vüsal kimi tanınan əsgər Şahkərimov Vüsal İslam oğlu ilə görüşüblər.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, igid topçu ilə görüşən RPŞ-nin rəis müavini Vüqar Orucov və şöbənin əməkdaşı Ülfan Əhmədov 30 ilə yaxın işğalda olan torpaqlarımızın cəsur oğullarımızın canı və qanı bahasına azad edildiyini qeyd edib.
O, müharibə zamanı Silahlı Qüvvələrimizin, qorxmaz döyüşçülərimizin göstərdikləri hünəri xalqımızın qəhrəmanlıq tarixinin mühüm səhifəsi kimi dəyərləndirib, qələbənin əldə olunmasında xidmətləri olan hər bir hərbi qulluqçunun fədakarlıqlarının daim xatırlanacağını bildirib.
Xatırladaq ki, Xaçmaz rayonunun Qusarçay kənd sakini V.Şahkərimov evinə məzuniyyətə gəlib.
Qeyd edək ki, Vətən müharibəsi dövründə Azərbaycan xalqı V.Şahkərimovu Müdafiə Nazirliyinin yaydığı videodan tanıyıb. Top atəşini yerinə yetirdikdən sonra cəsur duruşu ilə igid Azərbaycan əsgərinin simvoluna çevrilən 19 yaşlı əsgər barədə video və fotolar qısa müddət ərzində sosial şəbəkələrin və medianın gündəminə çevrildi.
Xatırladaq ki, V.Şahkərimov Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi










.jpg)

























.jpg)
.jpg)
