Hadisə
Bakıda özünü 15-ci mərtəbədən atan 22 yaşlı Elvinlə bağlı ŞOK FAKTLAR - VİDEO
Video əlavə olunub.
xxx
Ötən gün Bakı şəhəri 8 Noyabr prospektində yerləşən “Azure” biznes mərkəzinin 15-ci mərtəbəsindən özünü ataraq intihar edən 1999-cu il təvəllüdlü Məmmədov Elvin Asəf oğlu ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, intihar edən gənc həmin biznes mərkəzinin 15-ci mərtəbəsində yerləşən “Poliaqro” şirkətində mühasib kimi çalışırmış. 1 ilə yaxındır həmin şirkətdə çalışan və iş yerində normal münasibətləri olan Elvin səhər saatlarında iş otağında tək olarkən özünü pəncərədən atıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, intihar edən Elvin Məmmədov ali təhsilli və kifayət qədər savadlı-dünyagörüşlü gənc olub. Ötən il Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) bitirən Elvin daha sonra təhsilini magistratura pilləsində Bakı Mühəndislik Universitetində (keçmiş “Qafqaz” Universiteti) davam etdirirmiş.
Bildirilir ki, E.Məmmədov intihar edərkən iş otağında tək olub və o, özünü pəncərədən atandan sonra digər otaqlardakı əməkdaşlar bundan xəbər tutublar. Otaqda axtarışlar aparan hüquq-mühafizə orqanları orada onun yazıb qoyduğu məktubu tapıblar.
İntihar faktı ilə əlaqədar Xətai rayon Prokurorluğunda araşdırmalar aparılır. E.Məmmədovun yazdığı məktubdan onun intihara qəfil qərar vermədiyini göstərir.
Muxtar
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular








.jpg)


























.jpg)

.jpg)