Nida Xəbər
Azərbaycanda elektroenergetika sahəsində komissiya yaradıldı
Azərbaycanda elektroenergetika sahəsində fəaliyyətin, o cümlədən "Azərenerji" və "Azərişıq" açıq səhmdar cəmiyyətlərinin işinin səmərəliliyini araşdırmaq məqsədilə Komissiya yaradılıb.
Publika.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Sərəncam imzalayıb.
Sərəncama əsasən, energetika nazirinin sədrlik edəcəyi Komissiyanın tərkibinə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri, iqtisadiyyat və maliyyə nazirlərinin müavinləri, Dövlət Neft Şirkətinin prezidenti, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsi müdirinin müavini və Baş nazirin köməkçisi daxil edilib.
Komissiya beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə 2 ay müddətində ölkənin enerji təhlükəsizliyi nəzərə alınmaqla elektroenergetika sisteminin mövcud potensialını, infrastruktur imkanlarını və enerji sistemində paralel iş rejiminin vəziyyətini araşdırmalıdır. Həmçinin elektrik enerjisinin ötürülməsi və paylanması sahəsində mövcud vəziyyətin təhlili və inkişaf tədbirlərinin müəyyən edilməsi, kiçik su elektrik stansiyalarının tikintisi və istismarının səmərəliliyinin araşdırılması, eləcə də "Azərenerji" və "Azərişıq" ASC-lərin maliyyə-təsərrüfat fəaliyyətinin və idarəetmə mexanizmlərinin qiymətləndirilməsi tapşırılıb.
Komissiya zərurət olduqda aidiyyəti dövlət orqanlarının mütəxəssislərini işə cəlb edərək araşdırma və təhlil nəticələrinə dair məlumatları və təkliflərini Nazirlər Kabinetinə təqdim edəcək. "Azərenerji" və "Azərişıq" komissiyanın fəaliyyətinə lazımi kömək göstərməli, müraciət əsasında zəruri məlumat və sənədləri təqdim etməlidir. Maliyyə Nazirliyinə isə nəzərdə tutulan araşdırmaların icrası ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etmək tapşırılıb.
-
Nida Xəbər 15:58Baş nazir bu şəxsi sədr təyin edildi - FOTO
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO









.jpg)














.jpg)
.jpg)










