"Teymur Əmrahı efirə çağırırdım, Xalq artistləri hərəsi bir qapıdan gedirdi” - Sərxan Kərəmoğlu
Bizi izləyin

Magazin1

"Teymur Əmrahı efirə çağırırdım, Xalq artistləri hərəsi bir qapıdan gedirdi” - Sərxan Kərəmoğlu

"Teymur Əmrahı efirə çağırırdım, Xalq artistləri hərəsi bir qapıdan gedirdi” - Sərxan Kərəmoğlu

Aktyor və aparıcı Sərxan Kərəmoğlu canlı yayımda səsləndirdiyi fikirlərlə diqqət çəkib. Sənətçi Space TV-də çalışdığı illəri xatırlayaraq Teymur Əmrahla ilə bağlı maraqlı iddialar irəli sürüb.

Publika.az xəbər verir ki, o, "Sevilən səhər" verilişində 25 il əvvəl telekanalda iki verilişi olub və həmin dövrdə Teymur Əmrahı bir ay boyunca proqramına dəvət edib. Lakin onun iddiasına əsasən, Teymur ilə eyni efirdə iştirak etmək istəməyən bəzi Xalq artistləri çəkilişə qatılmaqdan imtina edərək hərəsi bir qapıdan çıxıb gedirdi.

Aktyor bildirib ki, kanal rəhbərliyi dəfələrlə Teymur Əmrahlını efirə dəvət etməsini istəyib. Sərxan Kərəmoğlu daha sonra Əli Mirəliyevin də efirdə tənqidlərə başladığını xatırladaraq, "İkisindən canımızı qurtardıq, indi də Taleh girib ortalığa", - deyə fikrini tamamlayıb. (Milli.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm