Hadisə
Şahbuzda taktiki-xüsusi təlim keçirildi - FOTO
Şahbuz Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin təşkilatçılığı ilə “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Şahbuz rayon bazasında “Gübrə, zəhərli və kimyəvi maddələr saxlanılan anbarlarda yanğınların söndürülməsi” mövzusunda taktiki-xüsusi təlim keçirilib.
Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, təlimin keçirilməsində məqsəd anbarlarda baş verə biləcək yanğınların söndürülməsi zamanı yarana biləcək döyüş sahələrinin əyani şəkildə şəxsi heyətə öyrədilməsi, qarşılıqlı əlaqənin təşkili, digər struktur qurumlarla qarşılıqlı əlaqədə yanğınların söndürülməsi və zərərçəkmişlərin xilas edilməsini şəxsi heyətlə praktiki məşq etdirməkdən ibarət olub.
Təlim planına uyğun olaraq “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Şahbuz rayon bazasında və onun anbarında şərti baş vermiş yanğının söndürülməsi üzrə yanğınsöndürmə qüvvələrinin fəaliyyətinin təşkili sualına baxılıb, təlim yerində yanğından mühafizə bölmələrinin praktik fəaliyyətinə qiymət verilib.
Şahbuz Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin 12 nəfər şəxsi heyəti, 2 yanğınsöndürmə avtomobili, idarəetmə və rabitə vasitələri təlimə cəlb edilib.
Təlim uğurla başa çatıb, qarşıya qoyulmuş məqsədlərə nail olunub.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi











.jpg)
























.jpg)
.jpg)
