Hadisə
Deputat sərxoş halda polisi döydü - TƏFƏRRÜAT - (YENİLƏNDİ)
Deputatın polis əməkdaşını döyməsinin bəzi təfərrüatı üzə çıxıb.
Bakupost.az iddia edir ki, hadisə bir neçə polis əməkdaşının deputatın əyləşdiyi restoranda reyd keçirdiyi zaman baş verib. DİN əməkdaşları gecə saat 00:00-ı keçdiyi üçün restoranın fəaliyyətinin dayandırılmasını tələb edib. Həmin vaxt orda yeyib-içən millət vəkili isə onlardan restoranı tərk etməyi tələb edib. Bu vaxt mübahisə yaranıb və o, polis əməkdaşı Zaur Mirzəyevə hücum edib. Bildirilir ki, həmin restoran deputatın qohumunundur.
***
xxx
14:21
Xaçmaz rayonunun deputatı Eldəniz Səlimovun polisi döyməyi barədə məlumat yayılıb.
Publika.az xəbər verir ki, Xaçmaz sakinləri Bakıpost.az-a açıqlamalarında hadisənin dünən Nabranda baş verdiyini bildiriblər.

Sakinlər qeyd edib ki, deputat sərxoş olub və istirahət mərkəzlərinin birində rayonun qeydiyyat şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğluna hücum çəkib, ona xəsarət yetirib.
Hazırda polis işə çıxmır.
Qeyd edilib ki, deputatın ailə üzvləri polisin evinə gediblər, ondan məsələni böyütməməyi xahiş edirlər.
Məsələ ilə bağlı deputatın özü ilə əlaqə saxlamaq mümkün olmayıb. DİN Mətbuat Xidmətindən isə bildirilib ki, bu barədə onlara məlumat daxil olmayıb.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp

























.jpg)
.jpg)





