Hadisə
Ağdaşda fəhlə dəzgahın içərisinə düşərək öldü
İyulun 31-i saat 09 radələrində Ağdaş rayonu ərazisində yerləşən şirniyyat istesalı ilə məşğul olan müəssisədə 1992-ci il təvəllüdlü Ülvi Sadıqovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Ağdaş rayon prokurorluğundan Publika.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Ülvi Sadıqov fəhlə kimi işlədiyi “Orelay” şirniyyat müəssisəsində iş zamanı ehtiyatsızlıqdan dəzgahın içərisinə düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq hadisə yerində ölüb.
Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.
-
ABŞ17:40"Epşteyn işi"ndəki 86 səhifəlik sənəd silindi: İçində nə var idi?
-
Magazin117:30İlhamə Quliyevanın evində qab yuyan Xalq artisti...
-
İnanc14:13Ramazanın ilk gününün imsak və iftar vaxtı açıqlandı
-
Sosial13:26Bakının bu qəbiristanlığında sakinlər yaxınlarını ziyarət edə bilmirlər - VİDEO
-
Sosial12:45Məktəblərdə artan insidentlərin pərdəarxası səbəbləri - VİDEO
-
Magazin212:02Hollivud ulduzu film tanıtımına elə geyimdə gəldi ki... - FOTOLAR
-
MDB11:22Generalı güllələyən qatilin kimliyi açıqlandı - Ekstradisiya görüntüləri
-
MDB11:12Rusiyadan sərt cavab: "Tanklarımız tükənməyəcək!"






































