Hadisə
Azərbaycanda 4 nəfər maşının altında qalıb öldü
Ötən sutka ərzində Azərbaycanda 4 piyada yol qəzasının qurbanı olub.
Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, avqustun 1-də saat 21 radələrində Xaçmaz rayonunun Nabran kəndi ərazisində F.Ağamalıyev idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən Xudat şəhər sakini Mais Qasımovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Avqustun 2-də saat 1 radələrində isə Xəzər rayonu Binə qəsəbəsi ərazisində Ağsu rayon sakini R.Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən qəsəbə sakini İlhamə Bayramovanı vurub, qadın yerindcə ölüb.
Bundan başqa avqustun 1-də saat 18 radələrində Füzuli rayonunun Bala Bəhmənli kəndi ərazisində rayon sakini K.Kazımov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən kənd sakini Rəfi Aslanovu vurub və piyada hadisə yerində ölüb. Füzuli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində K.Kazımov saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən və avtomobilə baxış zamanı oradan ümumilikdə 51 qramdan artıq metamfetamin və marixuana aşkar edilərək götürülüb.
Daha bir ağır qəza avqustun 1-də saat 21 radələrində Goranboy rayonunun Borsunlu kəndi ərazisində baş verib. Rrayon sakini F.Qələndərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Qədir Tarverdiyevi vurub, 0 hadisə yerində vəfat edib.
Hər bir faktla bağlı araşdırma aparılır.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi










.jpg)

























.jpg)
.jpg)
