Hadisə
Məşhur filmin çəkildiyi yer külə döndü - FOTO
Türkiyənin ən məşhur filmlərindən olan "Mandıra filozofu"nun çəkildiyi Muğlanın Çökertme Koyu adlanan ərazisi də meşə yanğınları nəticəsində yanaraq külə dönüb.
Publika.az xəbər verir ki, Muğlanın Milas bölgəsində yanğınlar yaşayış yerlərinə keçib və nəticədə bir çox filmlərin çəkildiyi istirahət zonaları bir-birinin ardınca külə çevrilir.
Aktyor Arda Esen Çökertme Koyunun məhv olduğunu, həmin gözəl mənzərələrə insanların bundan sonra "Mandıra filozofu"nun kadrlarına baxaraq təsəlli tapacağını söyləyib. O, paylaşımına "Cənnət idi, cəhənnəmə döndü" sözlərini əlavə edib.
Qeyd edək ki, "Mandıra filozofu" filmi 2013-cü ildə hazırda meşə yanğınları ilə "döyüşən" bölgələrdə lentə alınıb. Baş rollarda Müfit Can Saçıntı, Rasim Öztekin, Ayda Aksel yer alıb.
Tural Turan
-
Avto18:24Rusiyada yeni avtomobillərin qiyməti rekord həddə çatdı
-
Nəqliyyat18:12Piyada keçidi, yoxsa ölüm zolağı? - Video
-
ABŞ17:40"Epşteyn işi"ndəki 86 səhifəlik sənəd silindi: İçində nə var idi?
-
Magazin117:30İlhamə Quliyevanın evində qab yuyan Xalq artisti...
-
İnanc14:13Ramazanın ilk gününün imsak və iftar vaxtı açıqlandı
-
Sosial13:26Bakının bu qəbiristanlığında sakinlər yaxınlarını ziyarət edə bilmirlər - VİDEO
-
Sosial12:45Məktəblərdə artan insidentlərin pərdəarxası səbəbləri - VİDEO
-
Magazin212:02Hollivud ulduzu film tanıtımına elə geyimdə gəldi ki... - FOTOLAR





































