Hadisə
FHN Qəbələyə helikopter göndərdi - YENİLƏNDİ
Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən tədbirlər davam etdirilir.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, yanğının söndürülməsini sürətləndirilmək məqsədilə FHN-in Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.
Əlavə məlumat veriləcək.
*****
09:18
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.
Nazirlikdən Publika.az-a bildirilib ki, məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.
İlkin məlumata əsasən, təqribən 4 ha sahədə quru ot və kol-kos yanır.
Əlavə məlumat veriləcək.
-
İdman15:54Ronaldo bir dəfə saunada bədənini göstərib soruşdu ki… - Antoni
-
Ekologiya15:46Hava ilə bağlı xəbərdarlıq
-
Hadisə15:30Vəfat edən həkimin ölüm səbəbi məlum oldu - FOTO
-
Hadisə14:34Azərbaycanda çay şirkətinin rəhbəri qəfil vəfat etdi
-
İdman14:09Əfsanəni mağazada tanınmaz halda gördülər - Foto
-
Hadisə13:43İlginc cinayət - Atasını talayıb gözəllik salonu açdı
-
Hadisə13:34Ordu generalı professor oldu
-
Region13:10Zəlzələ həyəcanı - Xəzərdəki seysmik aktivlik nədən xəbər verir?

























.png)

.jpg)






