Hadisə
Həbs edilmiş nazir müavini SON SÖZÜ DEDİ: Rüşvət alan idimsə, niyə..? - ŞOK İFADƏLƏR
Mədəniyyət nazirinin həbs edilən keçmiş müavini Rafiq Bayramov növbəti dəfə hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında Rafiq Bayramov son sözlə çıxış edib.
Rafiq Bayramov son sözündə deyib:
"Mən istintaq zamanı müstəntiqlərə səmimi etiraflarımı bildirmişəm. Mənimsəmə ittihamı ilə özümü heç zaman təqsirli bilməmişəm. Nazir müavini olsam da həmin işlərin mənim razılığımla görülməsi mümkün deyil. 12 ay müddətinə istintaq bu ittihamla davam etdi. Amma sübuta yetirilmədi.
Sonra isə rüşvət alma maddəsi ilə ittiham irəli sürüldü. Mən ömür boyu rüşvət almamışam və bu heç cür mümkün deyil. Bir nəfər belə olsun burada demədi ki, mən onlardan və ya başqasından rüşvət almışam.
Burada idarə rəisləri dindirildi. Həmin şəxslər müstəqil şəxslərdir və rəhbərlik tərəfindən təyin ediliblər. Onlar müstəqil fəaliyyət göstərdiyi üçün mənim onlardan rüşvət almağım mümkün deyil. Əgər onlardan rüşvət tələb etmişəmsə və deyildiyi kimi bu hərəkət mütəmadi şəkildə olubsa, niyə məndən şikayətçi olmayıblar? Düşünə bilərsiniz ki, mən onlara təzyiq etmişəm. Amma bu da mümkün deyil.
4 idarə rəisi var ki, mənim onlardan rüşvət aldığım qeyd edilir. Halbuki həmin şəxslərin işdən çıxarılması ilə bağlı rəhbərliyə təqdimat yazmışam. Mən bunlardan rüşvət alırdımsa, onlardan niyə təqdimat yazmışdım?
Fəaliyyət dövrümdə 450 müəssisənin bağlanmasına nail olmuşam. Bu, 1600 ölü ştat deməkdir. Həmin ştatlar üzrə pullar xərclənirdi. Mən rüşvət alan idimsə, niyə bu müəssisələri bağlayırdım?
Mənə musiqi məktəblərinin direktorlarından rüşvət almaq ittihamı irəli sürülüb. Bu günə qədər qanunsuz hərəkətlərə yol verən ona yaxın məktəb direktorunun işdən çıxarılmasına, bəzilərinə şiddətli töhmət verilməsinə nail olmuşam.
Müəyyən səhvlərə yol vermişəm, məsuliyyətsizlik etmişəm. Bunlara görə də cənab prezidentdən, sizdən üzr istəyirəm. Mən ömrüm boyu Əliyevçi olmuşam, dövlətimə xidmət etmişəm. Səhvlərim olub və bu da mənim təcrübəsizliyimdən, gəncliyimdən olub. Amma heç bir zaman korrupsiyaya bulaşmamışam.
Bir insana cəza verilir ki, o, əməlindən islah olunsun. Mən rüşvət almamışam, nədən islah olunacam? Mən uzun illər dövlətə, dövlətçiliyə xidmət etmişəm. Bundanmı islah olunacam?
Mən niyə burada olduğumu bilmirəm. Aylardır bu suala cavab tapa bilmirəm. Düşünürəm ki, kimlərsə mənim şəxsimlə bağlı mənfi rəy formalaşdırıb. Bilmirəm, bunu da dəqiq bilmirəm. Hansı səbəbə burda olduğumu bilmirəm. Heç kimdən rüşvət almadığım halda rüşvətlə ittiham olunuram.
Nazirlikdə çalışdığım müddətdə minlərlə insan məni tanıyıb. Bu günə qədər bir nəfər də mənim rüşvət aldığımı deyə bilməz, bir nəfər də gəlib burada bunu deyə bilməz.
Dediklərimin nəzərə alınmasını xahiş edirəm. Ailə vəziyyətimi nəzərə alın. Anam 5 il əvvəl həkim səhvi ucbatından qızını itirib, indi isə oğlunumu itirsin? Üç azyaşlı uşağım var. Yoldaşım ağır xəstədir.
Prokuror da qeyd etdi ki, zərər ödənilib. Sənədlərə fikir verilsə, zərərin necə ödənildiyi məlum olar. Bu da onu göstərir ki, mən rüşvət almamışam. Amma yenə də vətən sağ olsun".
Məhkəmə müşavirədən sonra hökm elan olub.
Hökmə əsasən R.Bayramov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmə əsasən üzərinə həbs qoyulan əmlkların xüsusi müsadirə olunması. Yoldaşı və özünün adına bankda olan hesabdan həbsin götürülməsi qərarı qəbul edilib.
Xatırkadaq ki, prokuror R.Bayramovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Rafiq Bayramov Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar, külli miqdarda rüşvət alma) maddələrilə ilə ittiham edilir.
Sabiq nazir müavininin işində ümumilikdə 26 epizod üzrə 1 milyon 785 min manatlıq rüşvətdən söhbət gedir. Rafiq Bayramovun yaxınları zərəri ödəyib.
Rafiq Bayramov, eləcə də nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində həbs olunub. İstintaqın sonunda Sultanovun işi üzrə icraat ayrılıb. Rafiq Bayramov məhkəmə qarşısına tək çıxarılıb.(musavat.com)
-
İdman14:43
Ronaldonun qızının FOTOLARI: Corcina paylaşdı
-
Nida Xəbər 14:06
Ərdoğanın baş müşavirindən Bakıda şok sözlər: "Şam, Hələb vilayətimiz olub..."
-
Qırmızı.az12:10
Millət vəkilindən Messinin səfərinə reaksiya: Futbolu diletantların cəngindən xilas edib...
-
Dünya12:03
ABŞ-ın 67 illik ərazisini bu türk aldı
-
Sosial11:41
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda - Foto
-
MDB11:14
İt də getdi, ip də getdi: Ukrayna ərazisinin üçdə birini itirəcək - NATO-ya buraxılmayacaq
-
Rəsmi xronika10:24
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
-
Dünya09:26
Orbanın Putinə zənginin sirri açıldı: Qərb Moskva ilə...