Hadisə
FHN istirahət mərkəzində tədbir keçirdi - FOTO
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti mehmanxana və istirahət tipli obyektlərdə yanğın təhlükəsizliyi qaydaları tələblərinin pozulmasının qarşısını almaq, bu sahədə fəaliyyət göstərən əməkdaşları yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmək məqsədilə Quba rayonu ərazisində yerləşən "Nazlı bulaq" istirahət mərkəzində, Qusar rayonundakı “İlk inn” və "Chateau Qusar " otellərində növbəti maarifləndirmə tədbirləri keçirib.
Publika.az-a FHN-dən verilən məlumata görə, tədbirlərdə yanğın təhlükəsizliyinin təmin olunmasına obyekt rəhbərlərinin şəxsən məsuliyyət daşıdıqları, bütün əməkdaşların yanğın təhlükəsizliyi qaydalarına ciddi şəkildə riayət etmələrinin zəruriliyi xüsusi olaraq vurğulanıb.
yni zamanda, binaların, eləcə də binaətrafı ərazilərin təmiz saxlanılmasının vacibliyi diqqətə çatdırılıb, elektrik, havalandırma, isitmə qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına dair tələblər barədə məlumat verilib. Əməkdaşlarla yanğın zamanı zəruri hərəkətlər və insanların təhlükəsizliyinin təmin edilməsi, yanğın texnikasının və rabitə vasitələrinin saxlanılması, su təchizatı ilə əlaqədar müvafiq normativ sənədlərin tələblərinə ciddi əməl olunması barədə ətraflı söhbət aparılıb.
Tədbirdə, həmçinin, ilkin yanğınsöndürmə avadanlıq və vasitələrindən istifadə qaydaları izah olunub, suallar cavablandırılıb.
-
ABŞ20:32İran atəşkəsi pozdu - Tramp
-
Magazin219:51Kadir İnanır vəfat etdi
-
Region19:138 il əvvəl faciənin yaşandığı zavodda yenidən partlayış oldu - Ölən və xəsarət alanlar var
-
Hadisə18:48Kanalda batan gəncin meyiti tapıldı - Video/Yeniləndi
-
Dünya18:36İran XİN-dən Körfəz ölkələrinə xəbərdarlıq
-
Nida Xəbər 16:17Yeni generallara rütbələr təqdim olundu - FOTO
-
Nida Təhlil 15:1626 İyun mesajı: Azərbaycan əsgəri yüksək hazırlığa və Vətən sevgisinə sahibdir
-
Sosial14:58Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi











.jpg)


.jpg)
.jpg)




















.jpg)