Hadisə
Bakıda dəhşətli qəzaya düşən avtobusun sahibindən AÇIQLAMA: Ölənlərin əksəriyyəti... - EKSKLÜZİV
Video əlavə olunub.
xxx
Bu gün səhər saatlarında Bakı şəhər Suraxanı rayonu ərazisində baş vermiş dəhşətli hadisə ilə bağlı bəzi faktlar üzə çıxıb.
Publika.az-a açıqlama verən, avtobusun məxsus olduğu 171 saylı marşrut xəttini istismar edən "Ayşən LTD" şirkətinin rəhbəri İradə Əliyeva hadisəyə yük avtomobilinin səbəb olduğunu bildirib. O qeyd edib ki, qəzada vəfat edənlərin əksəriyyəti yolun kənarındakı dayanacaqda və oradakı köşkün önündə dayanan şəxslər olub: "Bizim avtobuslar qaraj şəraitində saxlanılır, texniki baxış keçirilir, hər gün səhər sürücülər tibbi müayinədən keçiriləndən sonra xəttə çıxırlar. Hadisə vaxtı avtobusu idarə edən sürücü də təcrübəli əməkdaşlarımızdandır. O da xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Avtobusu vuran yük maşınını 19 yaşlı şəxs idarə edirmiş. Pandemiya səbəbindən sərnişindaşıma şirkəti kimi vəziyyətimiz çox ağır idi, bu hadisə də bir zərbə oldu".
Qeyd edək ki, hadisə Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən Bilgəh qəsəbəsi istiqamətinə hərəkət edən “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 nömrə nişanlı sərnişin avtobusuna eyni istiqamətində hərəkət olan 99 DH 343 dövlət qeydiyyat nişanlı “Mercedes” markakı yük avtomobilinin çırpılması nəticəsində baş verib. Nəticədə avtobus yolun kənarındakı dayanacaq ərazisinə aşıb. İlkin məlumata görə 5 nəfər ölüb, 20-dən çox şəxs isə xəstəxanalara yerləşdirilib.
Muxtar
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi







.jpg)
.jpg)















.jpg)









