Hadisə
Dünənki ağır qəzada xəsarət alanların SON DURUMU
Dünən səhər saatlarında paytaxtın Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti məlum olub.
3 saylı Kliniki Şəhər Xəstəxanasının Cərrahiyyə şöbəsindən Publika.az-a bildirilib ki, hazırda həmin şöbədə 4 xəstənin müalicəsi davam etdirilir: "Xəstələrdən biri baldırın aşağı hissəsindən amputasiya olunub. İki xəstədə isə kəllə-beyin travması var və müalicələri davam etdirilir. Sonuncu xəstə əməliyyat olunub və süni tənəffüs aparatına qoşulub".
Sözügedən xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 10 nəfərin vəziyyəti isə stabil-ağır olaraq qalır. Həmçinin, 1 saylı Kliniki Tibbi Mərkəzdə stasionar şəkildə müalicə alan 3 nəfərin də vəziyyəti stabil-ağır qiymətləndirilir.
3 saylı Şəhər Klinik Xəstəxanasında palatalara yerləşdirilən 6 nəfərin durumu stabildir.
Qeyd edək ki, ötən gün baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər həyatını itirib, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə müvafiq xəstəxanalara yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən yük avtomobilinin sürücüsü Mahmud Əzizov həbs edilib. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Akqabay
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi











.jpg)
























.jpg)


