Hadisə
FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı ilə təlim keçirildi - FOTO
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təşkilatçılığı, Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin iştirakı ilə əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə Mingəçevir şəhərinin mərkəzində yerləşən iri ticarət obyektində “şərti yanğın” həyəcan siqnalı verilməklə təlim keçirilib.
Publika.az xəbər verir ki, təlim çərçivəsində əraziyə yanğın avtomobilləri cəlb edilməklə su hovuzlarının və hidrantların vəziyyəti, eləcə də yanğınsöndürmə avtomobillərinin su mənbələrinə yaxınlaşa bilməsi və ümumilikdə yanğınla mübarizə tədbirlərinin həyata keçirilməsi üçün mövcud olan əməliyyat şəraiti qiymətləndirilib.
Təlim zamanı obyektin girişlərində və perimetrində müxtəlif maneələrin, müvəqqəti konstruksiyaların quraşdırılması, nəqliyyat vasitələrinin nizamsız, təyin olunmamış yerlərdə park edilməsinin obyektə yan almaqda, o cümlədən su ehtiyatının bərpası üçün yanğın su hovuzlarından, yanğın hidrantlarından su götürməkdə yanğınsöndürmə avtomobillərinə yaratdığı məhdudiyyətlərin baş verə biləcək yanğın hadisəsi zamanı vaxtında müvafiq tədbirlərin görülməsinə ciddi mane olması yanğın təhlükəsizliyinə cavabdeh şəxslərə izah olunub.
Təlimdən sonra yanğın təhlükəsizliyi qaydalarına riayət edilmədiyi hallarda faciənin qaçılmaz olması barədə təbliğat xarakterli maarifləndirici söhbətlər aparılıb. Ticarət obyektinin cavabdeh şəxslərinə təlim zamanı müşahidə edilən nöqsanlarla bağlı müvafiq məzmunlu məktubların ünvanlanacağı, inzibati xəta haqqında protokolların tərtib ediləcəyi barədə xəbərdarlıq edilib.
Dövlət Yanğın Nəzarəti Xidməti bu istiqamətdə işlərini davam etdirir.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular









.jpg)
























.jpg)

.jpg)
