Hadisə
FHN Dövlət Yanğından Mühafizə Xidməti təlim keçirdi - FOTO
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən SOCAR-a məxsus “Çənlər Parkı”nın ərazisində təlim keçirib.
Publika.az xəbər verir ki, DYMX-nin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədovun rəhbərliyi ilə keçirilən təlimə Bakı qarnizonunun 20-dən artıq texnikası və 70 nəfərə yaxın şəxsi heyəti cəlb olunub. Təlimin keçirilməsində məqsəd şərti olaraq baş vermiş yanğının yüksək saylı çağırışla söndürülməsi sahəsində şəxsi heyətin bilik və bacarığının artırılması olub. Təlimdə, həmçinin şəxsi heyətin peşə və fiziki-döyüş hazırlığının daha da artırılması, yanğın təhlükəli və strateji əhəmiyyət kəsb edən obyektlərin xüsusiyyətlərinin və belə obyektlərdə mühüm davranış qaydalarının şəxsi heyətə daha dərindən öyrədilməsi və yanğın zamanı müəssisə rəhbərliyi ilə yanğınsöndürmə rəhbərliyi arasında qarşılıqlı əlaqələrin müəyyən edilməsi də qarşıya qoyulan əsas məqsədlərdən olub.
Təlim zamanı şərti olaraq "Çənlər Parkı"nda baş verən yanğın qısa müddətdə söndürülüb, qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Qeyd edək ki, bu kimi təlimlər Bakı şəhəri ilə yanaşı, respublikanın digər şəhər və rayonlarında strateji əhəmiyyət kəsb edən, eyni zamanda insanların çox toplaşdığı obyektlərdə mütəmadi olaraq keçirilir. Hər bir təlimdən sonra onun gedişatı, eyni zamanda obyektdə olan yanğına qarşı vəziyyət təhlil edilir, aşkar edilən nöqsanlarının aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp

























.jpg)
.jpg)





