Hadisə
Özünü xeyriyyəçi kimi təqdim edən şəxs həbs edildi - FOTO
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşın etibarından sui-istifadə edərək ona qarşı dələduzluq edən, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş şəhər sakini Elnur Nurəhmədov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, “Instagram” sosial şəbəkəsində tanış olduğu şəxsə özünü bank işçisi, eləcə də xeyriyyəçiliklə məşğul olan biri kimi təqdim edən E.Nurəhmədov ondan 1450 manat pul alıb. Zərərçəkmişdən aldığı pulla taxıl məhsulları alıb-satacağını, əldə etdiyi gəlirdən isə 1450 manatın qarşılığında ona 2500 manat qaytaracağını vəd edərək aldadıb.
Davam etdirilən tədbirlərlə saxlanılan şəxsin daha bir Şəki rayon sakininin kartından pul oğurladığı da müəyyən edilib. Belə ki, bankomatın qarşısında bir qadın ondan kartında olan pulu çıxarmasını xahiş edib. Kartın balansında 756 manat pulun olduğu görən E.Nurəhmədov qadına guya kartdan pul çıxarmağın mümkün olmadığını bildirib , əvəzində ona istifadə müddəti bitən başqa plastik kart verib.
Faktlarla bağlı cinayət işi başlanılıb və məhkəmənin də qərarı ilə onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. E.Nurəhmədovun əməllərindən zərərçəkən başqa şəxslər olarsa, bu barədə DİN-in “102” Zəng Mərkəzinə və Şəki Şəhər Rayon Polis Şöbəsinin (02424) 4-25-50 şəhər, (055)628-00-84 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi











.jpg)
























.jpg)
.jpg)
