Hadisə
Bakı sakinini döyərək öldürən şəxs tutuldu
Noyabrın 27-də paytaxtın Sabunçu rayon sakini 1962-ci il təvəllüdlü Məhəmməd Əliyevin rayonun Zabrat qəsəbəsi ərazisində xəsarət alması nəticəsində noyabrın 29-da xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Publika.az-a Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı 1964-cü il təvəllüdlü Rəhman Əzimov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Məhəmməd Əliyevin üz nahiyəsinə yumruqla vurub, sonuncu zərbənin təsirindən yerə yıxılaraq başı asfalt örtüyünə dəyərək xəsarət alıb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Rəhman Əzimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi











.jpg)
























.jpg)
.jpg)
