Goranboyda bir neçə nəfər dəm qazından zəhərləndi
Bizi izləyin

Hadisə

Goranboyda bir neçə nəfər dəm qazından zəhərləndi

Goranboyda dəm qazından kütləvi zəhərlənmə baş verib.

Publika.az xəbər verir ki, Goranboy şəhərində kirayədə yaşayan 1995-ci il təvəllüdlü Pərviz Şirinov, 1989-cu il təvəllüdlü Təhməz İbrahimov və 1994-cü il təvəllüdlü Cahid Aktanov dəm qazından zəhərləniblər.

Zərərçəkənlər Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Onlardan T.İbrahimovun vəziyyəti kafi, digərlərinin vəziyyəti qənaətbəxş hesab olunur.

Faktla bağlı araşdırmalara başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm