Hadisə
Koronavirus xəstələri ictimai yerlərdə saxlanıldı
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Publika.az-averilən məlumata görə, şəhər sakini Zaur Qədirova koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.
Z.Qədirovun yeri polis əməkdaşları tərəfindən müəyyən edilib, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.
Sabirabad rayonunda da eyni qayda pozuntusu aşkarlanıb. Belə ki, aktiv koronavirus xəstəsi olan rayonun Bulduq kənd sakini Elvin Mirzəyev qaydaları pozaraq yaşadığı ünvanı tərk edib. Onun yeri şöbə əməkdaşları tərəfindən müəyyən edilib və yaşadığı evə geri qaytarılıb.
Faktlarla əlaqədar araşdırmalar aparılır.
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi










.jpg)













.jpg)











