Hadisə
Kürdəmir və Sabirabadda koronavirus xəstələri ictimai yerlərdə aşkarlandılar
Kürdəmir rayonu Atakişili kənd sakini Xəyal Abbasova koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.
Bu barədə Publika.az-a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə X.Abbasov rayonun Şımıxlı kəndi ərazisində yerləşən əlvan metalların qəbulu məntəqəsində aşkarlanıb, onunla izahedici söhbətlər aparılıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.
Sabirabad rayonunda da eyni qayda pozuntusu aşkarlanıb. Belə ki, rayonun Türkədi kənd sakini, aktiv koronavirus xəstəsi Şaiq Rüstəmov qaydaları pozaraq yaşadığı ünvanı tərk edib. Onun yeri şöbə əməkdaşları tərəfindən müəyyənləşdirilib və yaşadığı evə geri qaytarılıb.
Faktlarla əlaqədar araşdırmalar aparılır.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi










.jpg)




.jpg)
















.jpg)

.jpg)
