Hadisə
Bakıda sərnişin avtobusu dəhşətli qəzaya uğradı: ÖLƏNLƏR VAR - YENİLƏNDİ
Video əlavə olunub.
***
Ötən gecə Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində - Bakı-Ələt magistral yolunun 28-ci kilometrliyində “Hovo” markalı ağırtonnajlı yük maşını ilə “QazEL” markalı sərnişin avtobusunun toqquşması nəticəsində vəfat edən şəxslərin adları məlum olub.
Publika.az xəbər verir ki, İran vətəndaşı, 1983-cü il təvəllüdlü Pormehrəli Hüseyn İsmiəli oğlunun idarə etdiyi "Hovo" markalı yük avtomobili ilə Əliyev Eynulla Xeyrulla oğlunun idarə etdiyi "QAZ A65R32-80” mikroavtobusun toqquşması nəticədə mikroavtobusun sərnişinləri - 2001-ci il təvəllüdlü Qəribov Babaşah Ağaşah oğlu, 1984-cü il təvəllüdlü Zeynalov Qayıb Nizami oğlu və 1987-ci il təvəllüdlü Qaraşov Məhəmməd Zakir oğlu hadisə yerində ölüb.
Ölənlər mikroavtobusun arxa oturacaq sırasında əyləşən sərnişinlər olub.
Faktla bağlı Daxili İşlər Nazirliyinin İstintaq və təhqiqat şöbəsində istintaq aparılır.
*****
09:41
Bakıda dəhşətli yol qəzası baş verib.
Publika.az xəbər verir ki, Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində - Bakı-Ələt magistral yolunun 28-ci kilometrliyində “Hovo” markalı ağırtonnajlı yük maşını ilə “QazEL” markalı sərnişin avtobusu toqquşub. Nəticədə sərnişin avtobusunda olan 2001, 1987, və 1984-cü il təvəllüdlü 3 kişi aldıqları xəsarətlərdən hadisə yerində ölüb. Daha bir nəfər isə ağır xəsarət alıb və xəstəxanaya çatdırılıb.
Bildirilib ki, dəhşətli qəzaya yük avtomobilinin sürücüsü səbəb olub. Belə ki, yük maşınının sürücüsü yolda yuxuladığı üçün gəldiyi sürətlə arxadan “QazEL”ə çırpılıb. Nəticədə avtobusun arxa oturacağında əyləşən 3 nəfər yerindəcə vəfat edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular









.jpg)
























.jpg)

.jpg)
