Hadisə
Azərbaycanda ŞOK HADİSƏ: Qızı öldürüb Ermənistana qaçdı - EKSKLÜZİV/TƏFƏRRÜAT - VİDEO
Video əlavə olunub.
***
13:38
2020-ci ilin 11 mart tarixində Gədəbəy rayonunun Novosaratovka kəndində Daryurd kənd sakini, 1996-ci il il təvəllüdlü Həsənova Qəşəng Ramazan qızının öldürülməsi hadisəsinin təfərrüatları məlum olub.
Publika.az">Publika.az-ın əldə etdiyi məlumata görə, araşdırmalar nəticəsində qətlin Novosaratovka kənd sakini, 1972-ci il təvəllüdlü Məmmədov Anar Qiyas oğlu tərəfindən törədilməsi üzə çıxıb. Hadisədən sonra Anar Məmmədov piyada dağları aşaraq dövlət sərhədini keçməklə və Ermənistan Respublikası ərazisinə daxil olub və orada erməni hərbçiləri tərəfindən əsir götürülüb.
Ermənistan Respublikasının Geqarkunik vilayətinin Artanis kəndi istiqamətində əsir götürülən A.Məmmədov Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə 28 yanvar 2021-ci il tarixdə Rusiya Sülhməramlıları tərəfindən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə təhvil verilib.
Onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddələri ilə cinayət işi açılıb.
Qeyd edək ki, qətlə yetirilən 1996-cı il təvəllüdlü Q.Həsənova və hadisəni törədən A.Məmmədov daha əvvəl evli olublar. Q.Həsənova boşandıqdan sonra yüngül həyat tərzi keçirib və anasının Daryurd kəndindəki evini tərk edərək A.Məmmədovla Novosaratovkada yaşamağa başlayıb. O, bəzi hallarda tanış olduğu şəxsləri Anarın evinə gətirib. Qətl hadisəsinin baş verdiyi tarixdən 1 gün əvvəl isə Anar Qəşənglə birlikdə ikincinin anasına məxsus Daryurddakı evdə olub. Bu zaman qonşuluqda yaşayan şəxs həmin evə ayaqqabı ilə daxil olub. Anar həmin şəxs yaşlı qadının evinə ayaqqabı ilə daxil olmamasını bildirib. Bundan bir gün sonra isə Novosaratovkadakı evdə Qəşəng Anara ötən gün baş vermiş mübahisəni irad tutaraq onu söyüb. Qəşəngin onu söyüb tpiklə vurmasından sonra Anar onu döyüb, başını evdəki sərt əşyalara çırpıb. Qadının öldüyünü gördükdən sonra o, Ermənistan sərhədinə doğru gedib və postlardan yayınaraq qarşı tərəfə keçib. Orada isə erməni hərbçiləri Anar Məmmədovu əsir götürüblər.
Anar Məmmədovun Ermənistana keçməsi dəqiqləşdikdən sonra Azərbaycan onu İnterpol xətti ilə beynəlxalq axtarışa verib.
-
ABŞ09:41Tramp Ağ Evdən gedəcəyi tarixi açıqladı: 8-9 ildən sonra...
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı




























.png)


.jpg)



