Hadisə
Laçında minaya düşən fəhlə vəfat etdi - YENİLƏNDİ
Laçın rayonunda fəhlənin minaya düşməsi ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Publika.az-a bildirilib ki, faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində cinayət işi başlanıb, istintaq aparılır.
Xatırladaq ki, 1992-ci il təvəllüdlü Pərvin Salahov aprelin 29-da Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi ərazisində piyada əleyhinə minaya düşüb. Mina partlayışı nəticəsində ağır bədən xəsarətləri diaqnozu ilə Bakıya gətirilən P.Salahov Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
O, hospitalda dünyasını dəyişib.
xxx
Dünən Laçında minaya düşən fəhlə vəfat edib.
Publika.az xəbər verir ki, ağır dərəcəli bədən xəsarətləri diaqnozu ilə Bakıda xəstəxanada müalicə alan 1992-ci il təvəllüdlü Pərvin Salahov dünyasını dəyişib.
Bildirilib ki, o, bu gün doğulduğu Ağstafa rayonun Dağ Kəsəmən kəndində dəfn olunacaq.
Qeyd edək ki aprelin 29-u saat 14 radələrində Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi ərazisində 1992-ci il təvəllüdlü Pərvin Salahovun piyada əleyhinə minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi






.jpg)




























.jpg)

.jpg)