Hadisə
Gəncədə odlu silah ilə sakinləri hədələyənlər saxlanıldı
Gəncədə quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Bu barədə Publika.az">Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində naməlum şəraitdə baş vermiş quldurluq hadisəsini törədən şəxslərin kimliyi məlum olub.
Aparılan araşdırmalar nəticəsində şəhər sakinləri, əvvəllər məhkum olunmuş Samir Məmmədov və Yaşar Hüseynov cari ilin mart ayında vətəndaşa məxsus fərdi yaşayış evinə daxil olaraq əllərindəki odlu silah ilə sakinləri hədələrək pul tələb ediblər.
Həmin şəxslər saxlanılaraq istintaqa təhvil verilən zaman Yaşar Hüseynovdan 1 ədəd “Churchill” markalı ov tüfəngi, həmin tüfəngə aid patronlar da aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO