Hadisə
Ermənilərin hücumuna məruz qalan Aytən Muradovadan açıqlama
Ermənilər ilk dəfə idi ki, Azərbaycanın Fransadakı səfirliyinin nəzdində olan Azərbaycan Mədəniyyət Mərkəzinə hücum edirdilər.
Bu sözləri Publika.az">Publika.az-a açıqlamasında Azərbaycan-Fransa Dialoq Assosiasiyasının təsisçisi Aytən Muradova ötən gün ermənilərin Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinə hücum etməsi və “Qarabağa aparan yol” filminin təqdimatına mane olmaq cəhdləri haqda danışarkən deyib.
A.Muradova bildirib ki, hücum edən ermənilər həm Ere TV-nin əməkdaşlarına, həm də tədbir iştirakçılarına qarşı vəhşilik törədib: “Mənim özümə də xasarət yetirdilər, qolumu zədələdilər. Ermənilərin vandal hücumu isə tədbirin keçirilməsinə mane olmadı. Əraziyə gələn Fransa polisi dəstənin əsas üzvünü saxladı, hücum edən digərlərini isə ərazidən uzaqlaşdırdı”.
Qeyd edək ki, Fransada fəaliyyət göstərən Ere TV-nin Qarabağdan və Şuşa şəhərindən hazırladıqları “Qarabağa gedən yol” adlı filmin Mədəniyyət Mərkəzində təşkil edilmiş təqdimatına mane olmaq üçün ermənilər ötən gün Azərbaycan Mədəniyyət Mərkəzinə hücum etmişdilər.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi










.jpg)

























.jpg)
.jpg)
