Hadisə
Azad edilən ərazilərdə yanğınlar baş verdi - FHN
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Xocavənd rayonunun Hadrut qəsəbəsində baş vermiş yanğın geniş əraziyə yayılmasına imkan verilmədən söndürülüb.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, yanğın nəticəsində, ilkin məlumata əsasən, təxminən 5 hektar ərazidə quru ot, kol-kos, meyvə ağacları və 10 ədəd müxtəlif ölçülü qaraj 150kv.m. sahədə yanıb. Ətraf ərazilər, o cümlədən digər tikililər yanğından mühafizə olunub.
Bundan əlavə, Qubadlı rayonunun Muradxanlı kəndi, Xocavənd rayonunun Binədərəsi kəndi və Füzuli rayonunun Aybasanlı kəndində əsasən kol-kos və otluq ərazilərdə baş vermiş yanğınlar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb, ətraf ərazilər, o cümlədən kommunikasiya xətləri yanğından mühafizə olunub.
Həmçinin, Xocavənd rayonunun Günəşli kəndi yaxınlığında mürəkkəb relyefli, mina və partlamamış sursat təhlükəsi olan ərazidə baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir. Yanğınla mübarizə tədbirlərinə FHN-in Aviasiya dəstəsinin helikopteri də cəlb olunub.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi











.jpg)
























.jpg)
.jpg)
