Hadisə
Cəlilabadda bazarda baş verən yanğın söndürüldü - YENİLƏNDİ
Cəlilabad rayonunun Göytəpə şəhərində bazarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə Publika.az FHN-ə istinadən xəbər verir.
Əlavə məlumat veriləcək.
xxx
17:03
Cəlilabad rayonu Göytəpə şəhər bazarında baş verən yanğın lokallaşdırılıb.
Publika.az xəbər verir ki, hazırda soyutma işləri aparılır.
İlkin məlumata görə, yanğın nəticəsində 20-yə yaxın mağazaya ziyan dəyib.
Ümumilikdə hadisə yerinə Cəlilabaddan 4, Masallıdan 2, Biləsuvardan 1 və Salyandan 1 yanğınsöndürən maşın cəlb edilib.
Hazırda hadisənin səbəbləri və dəyən ziyanın məbləği araşdırılır. (Report)
xxx
15:49
Cəlilabadda Göytəpə şəhər bazarında yanğın olub.
Bu barədə Publika.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Nazirliyin "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun Göytəpə şəhərində bazarda yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
-
İqtisadi gündəm10:18Bu şəxslərin bütün cərimələri silinəcək
-
Magazin109:36Vəfa Şərifova ailə qurdu: Villasında toy etdi - VİDEO
-
Hadisə08:48Lökbatanda dəhşətli qəza: Tanınmış teleaparıcı həyatını itirdi
-
Avropa07:55Mafiya ilə bağlı qalmaqallı istintaq: Keçmiş polis rəisi intihar etdi

































