Hadisə
Şəhid ailələri və müharibə iştirakçılarını təhqir edən qadın HƏBS EDİLDİ
Gədəbəy rayonunun Slavyanka kənd sakini, 23.05.1980-ci ildə anadan olmuş Hümbətova Tamara Qəməndər qızı 13 iyul 2017-ci il tarixdə qonşu mübahisəsi ilə bağlı cinayət hadisəsi törətdiyinə görə təqsirli bilinərək Gədəbəy Rayon Məhkəməsinin 08.02.2018 tarixli hökmü ilə 1 il müddətinə islah işləri cəzasına, 30.10.2019-cu il tarixdə Gədəbəy Rayon Polis Şöbəsinin inzibati binasında xuliqanlıq etdiyinə görə isə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Publika.az-a daxil olan məlumata görə, o, 24.02.2022-ci il tarixdə də Gədəbəy RİH-də xuliqanlıq etdiyinə görə də məhkəmənin qərarı ilə 5 gün müddətinə inzibati qaydada həbs edilib.
Əlavə olaraq bildirilib ki, Gədəbəy RİH başçısının əvvəlcədən müəyyən edilmiş vətəndaşların qrafikinə uyğun olaraq 19.08.2022-ci il tarixdə T.Hümbətova RİH-in inzibati binasında qəbulda iştirak edən vətəndaşlara, RİH-in əməkdaşlarına, həmçinin şəhid ailələri və müharibə iştirakçılarına qarşı təhqiredici hərəkətlər edərək qəbul prosesini pozub. Bu səbəbdən Gədəbəy Rayon Məhkəməsinin qərarı ilə o, 25 gün müddətinə inzibati qaydada həbs edilib.
T.Hümbətova məhkəmə zalında da qeyri-etik və kobud hərəkətlər etdiyi üçün məhkəmə tərəfindən barəsində cinayət işi açılması ilə əlaqədar prokurorluğa məktub göndərilib.
Qeyd olunub ki, T.Hümbətovanın müraciəti əsasız və böhtan xarakterlidir. O, dəfələrlə RİH başçısı tərəfindən qəbul edilib və müraciəti ilə bağlı ona izahat verilib. T.Hümbətovanın yaxın qohumlarının Vətən müharibəsi iştirakçısı olması həqiqətə uyğun deyil.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi










.jpg)

























.jpg)
.jpg)
