Hadisə
Azərbaycanda sabiq güləşçi avtomobildə YANARAQ ÖLDÜ
Azərbaycanda sabiq güləşçi avtomobildə yanaraq ölüb.
Publika.az xəbər verir ki, hadisə Bakı-Astara yolunub Ələt qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində maşın alovlanmağa başıayıb. Avtomobildə olan bir nəfər xilas edilib. Lakin Salyan rayonunun Qalalı kəndindən olan 74 yaşlı Fəxrəddin İmanovu xilas etmək mümkün olmayıb. O, avtomobildə yanaraq ölüb.
Qeyd edək ki, F.İmanov postsovet dönəmində sərbəst güləş üzrə yarışların iştirakçısı olub. O, son illər sərbəst güləş üzrə məşqçi-müəllim işləyirdi. Gənclər və İdman Nazirliyi tərəfindən ona “Fəxri bədən tərbiyəsi və idman işçisi” adı verilib.
Faktla bağlı araşdırma aparılır. ("Report")
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi










.jpg)

























.jpg)
.jpg)
