Hadisə
Yevlax sakini avtomat satarkən yaxalandı - FOTO
Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlərı nəticəsində odlu silah satmaqda şübhəli bilinən rayon sakini saxlanılıb.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə odlu silah satmaqda şübhəli bilinən rayon sakini İlkin Əliyev saxlanılaraq şöbəyə gətirilib. Onun əlindəki torbaya baxış keçirilərkən 1 ədəd “AK-74” markalı avtomat, həmin silaha məxsus 1 ədəd sandıqça və 9 ədəd patron aşkar edilərək götürülüb. Həmçinin onun üzərindən güclü təsiredici xassəyə malik narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.
Dindirilmə zamanı İ.Əliyev silahı rayon ərazisindən tapdığını və 2300 manat müqabilində şəxsiyyəti istintaqla araşdırılan bir nəfərə satmaq istədiyini bildirib.
Faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
-
Hadisə22:06Azərbaycanda ana 40 günlük körpəsindən imtina etdi
-
ABŞ21:26Ağ Evdə Netanyahu-Tramp görüşü
-
Nida Xəbər 21:00Həyat yoldaşını Bakı aeroportunda buna görə öpübmüş - Video
-
Elm və təhsil20:12Bu şagirdlər 11-ci sinifdə buraxılış imtahanını yeni formatda verəcəklər
-
Magazin120:00Oğlum müğənni qız alsa, özümü öldürərəm - Xanəndə Kəmalə
-
Ekologiya19:30Qatı duman bürüdü: Bakı–Şamaxı–Yevlax yolunda hərəkət ləngiyir
-
İdman18:50Nərimandan "Qarabağ"la bağlı paylaşım
-
Nida Xəbər 17:45İlham Əliyev məmurlara bu tapşırığı verdi









.jpg)








.jpg)


















