Sosial
Bu şəxslərə 2000-6000 manat veriləcək
Mayın 3-də ilk dəfə keçiriləcək tam marafonda qaliblərin mükafatları bəlli olub.
Publika.az xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə hər il təşkil olunan marafon bu il ilk dəfədir ki, yarımarafon deyil, tam marafon kimi keçirilir. 42 kilometr məsafəni qət edəcək ilk 3 yerin kişi və qadın qaliblərinin hər biri sertifikat və pul mükafatları ilə təltif olunacaq.
1-ci yer sahibinə 6 000 AZN, 2-ci yerin qalibinə 4 000 AZN, finişə 3-cü çatan iştirakçıya isə 2 000 AZN pul mükafatı təqdim ediləcək. Bundan əlavə, 42 km məsafəni tamamlayan bütün iştirakçılara medallar veriləcək.
Daha qısa məsafəni qət edən iştirakçıların da mükafatlandırılması qərara alınıb. Belə ki, 42 km məsafənin öhdəsindən gələ bilməyib 21 km yarımarafon məsafəni yarışan ilk 2000 iştirakçı medal, 10 km məsafəni tamamlayanlar isə sertifikatlarla təltif olunacaq.
Marafonda iştirak üçün qeydiyyat aprelin 25-də başa çatır.
-
Sosial13:06Sabah 33 dərəcə isti olacaq
-
Region12:02Türkiyə-Ermənistan sərhədi açılır? – Ankaradakı mənbə ruslara deyib ki...
-
İdman11:17ÇL-in finalında həlledici penaltini vuran ulduzun uğur mələyi - FOTOLAR
-
Dünya10:30Trampın kürəkəninin milyardlıq layihəsi bu ölkəni qarışdırdı: "Flaminqo üsyanı" başladı
-
ABŞ10:00Tramp müsahibə zamanı qəzəbləndi: Aparıcıya "əxlaqsızsan" deyib, verilişi tərk etdi
-
İdman09:48DÇ-2026-dan öncə qalmaqal: Özbəklərlə cinayətkarlar kimi davrandılar - VİDEO
-
Sosial08:37Bakının mərkəzinə axışıblar – Qanun var, amma yığıb-yığışdırmaq olmur!
-
ABŞ08:10Tramp NBA finalında fitə basıldı - Azarkeşlə polis arasında toqquşma







.jpg)



.png)























