Sosial
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Bakıda sənədsiz və kollektorlar üzərində tikilən evlərin söküləcəyi barədə məlumat yayılmışdı. Bildirilirdi ki, icazəsiz tikilmiş evlərə suyun verilməsi dayandırılacaq, bəzi tikililər isə söküləcək.
Hazırda araşdırmalar hazırda hansı mərhələdədir?
Publika.az xəbər verir ki, Globalinfo.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, CAATS prezidenti Vüqar Oruc bildirib ki, məsələ qısa müddətdə həll olunacaq problem deyil:
“Çünki alternativ olaraq ya kollektorların fəaliyyəti dayandırılmalıdır ki, bu da ciddi problemlərə səbəb ola bilər, ya da həmin evlər sökülərək kollektorların fəaliyyəti bərpa edilməlidir. Eyni zamanda, kollektorlar normal işləməlidir ki, xüsusilə intensiv yağıntılar zamanı son dövrlərdə müşahidə olunan problemlər təkrarlanmasın. Bu məqsədlə dövlət səviyyəsində komissiya yaradılıb və hazırda vəziyyət araşdırılır”.
Ekspert bildirib ki, təkcə kollektorların üzərində 1000-dən çox ev inşa olunub:
“Bu isə kifayət qədər böyük rəqəmdir. Hər belə evin ətrafında risk altında olan digər tikililər mövcuddur. Ümumilikdə, söhbət 6 mindən çox evdən gedir. Hər evdə orta hesabla 3-4 nəfərin yaşadığını nəzərə alsaq, bu məsələ 20 mindən çox vətəndaşı əhatə edir. Bu baxımdan hökumətin məsələyə ehtiyatla və ciddi yanaşması tam başadüşüləndir”.
V.Orucun sözlərinə görə, məsələ yalnız hökumət səviyyəsində deyil, ictimai müstəvidə də müzakirə olunur:
“İcazəsiz tikililərə kommunal xidmətlərin göstərilməsinin dayandırılması ilə bağlı qərar 2023-cü ilin aprel ayında qəbul olunub. Bundan sonra qanunsuz tikinti aparmaq istəyən şəxslər – istər vətəndaşlar, istərsə də buna şərait yaradan məmurlar belə halların nəticələrini nəzərə almalıdırlar. Strateji əhəmiyyət daşıyan ərazilərdə, xüsusilə kommunikasiya xətlərinin keçdiyi yerlərdə tikintiyə icazə verilməməlidir. Qanunsuz tikililərə şərait yaradan və şəhəri potensial təhlükə qarşısında qoyan məmurlarla bağlı tədbirlərin görülməsi də müzakirə olunur. Lakin bu, geniş araşdırmalar tələb etdiyindən hələlik bu istiqamətdə konkret addım atılmayıb”.
-
Sosial10:02Cərimə, həbs və... - Uşaqların dilənçiliyə cəlb olunmasının səbəbləri bəlli oldu
-
ABŞ09:32ABŞ İran əməliyyatı üçün hər saniyədə 11 min dollar xərcləyir
-
Avropa09:00Hörmüz boğazında əməliyyat keçirilə bilər - Almaniya gəmilər göndərir
-
Magazin205:45Adriana Lima qızları ilə elə pozalar verdi ki...
-
Nəqliyyat05:15Bakıda süni sıxlıq yaradan avtomobillərlə bağlı tədbirlər görüləcək - Video
-
İdman02:43Növbəti hakim qalmaqalı: Tanınmış futbolçu ədalət istəyirdi, meydandan qovuldu - Video
-
Qoroskop00:45Günün ulduz falı: Sevgidə qərar anıdır...
-
ABŞ24 Aprel 22:32Pentaqon yaxınlığında faciə: 23 yaralı var - İdarənin əməkdaşları da xəsarət aldı



































